"Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq".

"Unikal" TASS-a istinadən xəbr verir ki, bu fikri ABŞ-nin müdafiə naziri Lloyd Ostin Avstraliyanın Darvin şəhərində keçirdiyi mətbuat konfransında deyib.

“Mən inanıram və bunu əvvəllər də demişəm ki, son nəticədə münaqişə danışıqlar yolu ilə həll olunacaq”, - deyə Pentaqon rəhbəri bildirib..

Ostin əlavə edib ki, Kiyevi dəstəkləyən tərəfdaşlar indi əmin olmaq istəyirlər ki, gələcəkdə münaqişənin nəticəsi nə olursa olsun, Ukrayna öz maraqlarını qorumaq üçün ən yaxşı vəziyyətdədir.