"Bu gün ehtiyac meyarı 285 manat nəzərdə tutulub, amma minimum pensiya 280 manatdır. Bu, ehtiyac meyarından da azdır. Pensiyaların artırılmasına, xüsusilə yoxsul təbəqənin sosial müdafiəsinin gücləndirilməsinə diqqət lazımdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin büdcə müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, bu kateqoriyadan olan şəxslərin əməkhaqqlarının artırılmasına diqqət yönəldilməlidir ki, onlar əlavə qazanc barədə düşünməsinlər.
O bildirib ki, 2014-cü ildə neftin qiymətinin düşməsindən sonra 2015-ci ildə iki dəfə devalvasiya oldu: "Bununla da iqtisadiyyatımızın sürətli inkişafını təmin etmək üçün strateji yol xəritəsi hazırlandı. Həmin yol xəritəsində 4 əsas hədəf müəyyənləşmişdi. Onlardan biri əlverişli biznes mühitinin yaradılması idi. Əlverişli biznes mühitinin yaradılması özünü investisiya qoyuluşunda göstərməli idi. Büdcənin gəlirlərinin artırılması istiqamətində düşünməliyik".
Anar Kəlbiyev