Biləsuvar rayonunda 29 yaşlı oğlanın qazdan boğulmasının təfərrüatları məlum olub.

"Unikal"ın məlumatına görə, bədbəxt hadisə Biləsuvar rayonun Ovçubərə kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1995-ci il təvəllüdlü İbabəyli Rəşad Əlibala oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Onun ölümünə səbəbin qaz sobasının borusunda quşların yuva qurması bildirilir. Məlumata görə, mərhum subay olub.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Xəlil Əliyev