İstanbulun Sarıyer rayonundakı ticarət mərkəzinin yaxınlığında azərbaycanlı diplomat saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

M.G.Ş. adlı şəxsdən 70 kiloqrama yaxın qızılın götürüldüyü deyilir.

Mətbuatın yazdığına görə, saxlanılan şəxs Azərbaycanın Qərb ölkələrindən birində diplomatik nümayəndəliyin əməkdaşıdır.

Hazırda diplomat həbsdədir və istintaq davam edir.