Antalya hava limanında alovlanan Rusiya təyyarəsi söndürülüb, təyyarədə olan 79 sərnişin təxliyə edilib.
"Unikal" xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.
Məlumatına görə, ağır hava şəraitində Türkiyəyə eniş edən təyyarənin mühərriki yanıb. Yanğın tez bir zamanda lokallaşdırılıb və söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hava limanının mülki aviasiya rəisinin sözlərinə görə, yanğın eniş zamanı baş verib.
***00:05
Rusiyanın “Azimut” aviaşirkətinə məxsus təyyarə Antalya hava limanına eniş edərkən yanğın baş verib, lakin yanğın söndürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib.
"Yanğın Soçidən Antalyaya uçan Sukhoi Superjet 100-95LR təyyarəsinin enişi zamanı başlayıb. Yanğının mühərrikdə başladığı ehtimal edilir. Hava limanının yerüstü xidmətləri tez bir zamanda yanğınla mübarizəyə başlayıb", - deyə məlumatda bildirilir.
Hava limanında baş verən insident səbəbindən təyyarənin endiyi uçuş-enmə zolağı bağlanıb.