ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp general-leytenant Keyt Kelloqu dövlət başçısının köməkçisi, Ukrayna və Rusiya üzrə xüsusi elçi təyin edib.
"Unikal" xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Qeyd edək ki, Kelloq Trampın 2017-2021-ci illərdə prezidentliyi dövründə Ağ Evin Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri və o vaxtkı vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışıb.