Ukrayna lideri Volodimir Zelenski Ukrayna tərəfinin Gürcüstan rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməsi haqqında fərman imzaladığını açıqlayıb.

"Unikal" xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb. 

Sanksiya siyahısına “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili, Gürcüstanın baş naziri İrakli Kobaxidze, bu ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin rəhbərləri Qriqol Liluaşvili və Vaxtanq Qomelauri, Tbilisi meri də daxil olmaqla 19 nəfərin adı daxil edilib. 

“Ukrayna... İvanişvili və onun tərəfdaşlarına, 19 nəfərə qarşı sanksiyalar tətbiq edib”, - deyə Zelenski qeyd edib. 

Gülayə Mecid