Bəşər Əsəd ordusunun Həma şəhərindən qaçdığı görüntülər yayılıb.
"Unikal" xəbər verir ki, müxalifət 3500 müxalifətçi və fəalın saxlandığı həbsxananı ələ keçirib.
Həma şəhəri strateji əhəmiyyətli Homs şəhərinə gedən yolu açır.
*** 17:41
Suriya ordusunun əsgərləri terrorçu təşkilat yaraqlılarının girdiyi Həma şəhərinin kənarına çəkilib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.
"Son saatlarda toqquşmaların intensivləşdiyi bir şəraitdə yaraqlılar ağır itkilərə baxmayaraq, şəhərin bir neçə ərazisinə nüfuz edə biliblər", - Suriya qruplaşmasının nümayəndələri bildiriblər.
Nəticədə ordu hissələri Həmadan kənarda yerləşdirilib.
Noyabrın 28-də Suriya müxalifətinin silahlı dəstələrinin Hələb vilayətinin qərb rayonlarında hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyi məlum olub.