Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədi ölkəsini xarabalığa çevirərək qaçmaqda ittiham edib.
"Unikal" xəbər verir ki, Ərdoğanın sözlərinə görə, Ankara sülh, azadlıq, dialoq, ədalət üçün çalışır və Suriyada tezliklə sülh yolu ilə nizamlanmanın tərəfdarıdır.
"Əsəd Suriyadan qaçaraq bir çox şəhərləri xarabalığa çevirdi. Devrilmiş rejimin düşmən münasibətinə baxmayaraq, biz istənilən şəraitdə Suriyanın ərazi bütövlüyünü və unitar quruluşunu müdafiə etdik" - deyə Ərdoğan bildirib.