"Rusiya xüsusi əməliyyatın məqsədlərinə çatmağa yaxındır, Ukrayna Silahlı Qüvvələri (AFU) dağılmaq ərəfəsindədir".

"Unikal" xəbər verir ki,  bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin deyib.

SVR rəhbəri bildirib ki, cəbhədəki vəziyyət Kiyevin xeyrinə deyil, bütün sektorlarda strateji təşəbbüs Rusiya ordusuna məxsusdur.

"Ukrayna Silahlı Qüvvələrinin dağılmaq ərəfəsində olduğu, Zelenski rejiminin isə öz legitimliyini və nəticədə danışıqlar aparmaq qabiliyyətini tamamilə itirdiyi bir vaxtda biz məqsədlərimizə çatmağa yaxınıq",- Narışkin ifadə edib. 

Gülayə Mecid