Tovuzda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2022-ci il təvəllüdlü Zəhra Musayeva yaşadığı evdə ehtiyatsızlıqdan pilləkəndən yıxılıb. 2 yaşlı Z.Musayeva xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı Tovuz rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Tural Əhmədov