Fransa prezidentinin təşəbbüsü ilə Emmanuel Makron və hakim “Gürcü Arzusu”nun təsisçisi və fəxri prezidenti Bidzina İvanişvili arasında telefon danışığı olub. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. 

"Makron Gürcüstandakı vəziyyətdən narahatlığını ifadə etdi və onun tam həllinə öz töhfəsini verdi. İvanişvili də öz növbəsində Fransa prezidentinə təşəbbüsə görə təşəkkür edib, həmçinin İvanişvili və Makron əldə olunan irəliləyişi qiymətləndirmək üçün yaxın günlərdə yenidən görüşməyə razılaşıblar", - hakim partiyanın mətbuat xidməti açıqlayıb. 

Ağarza Elçinoğlu