ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinə inauqurasiyaya dəvət göndərib.
"Unikal" xəbər verir ki, bu barədə Amerikanın "CBS News" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin dediyinə görə, Tramp Cinpini noyabrın əvvəlində, seçkidən qısa müddət sonra dəvət edib, lakin onun dəvəti qəbul edib-etmədiyi bəlli deyil.
Qeyd edilir ki, Tramp komandası inauqurasiyaya digər xarici qonaqları da dəvət etməyi planlaşdırır. Xüsusilə mərasimdə Macarıstanın Baş naziri Viktor Orban da iştirak edə bilər.
Gülayə Mecid