Amerikanın “Meta” korporasiyası ölkənin gələcək lideri ilə münasibətləri yaxşılaşdırmaq üçün ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın fonduna 1 milyon dollar bağışlayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti (WSJ) yazıb.

""Meta" yeni seçilmiş prezident Donald Trampın andiçmə fonduna 1 milyon dollar bağışladı və bu, CEO Mark Zukerberqin yeni prezidentlə bir vaxtlar gərgin olan münasibətlərini gücləndirmək üçün son addımı oldu", nəşr vurğulayıb. 

Aydın olur ki, bu addım şirkətin adi siyasətindən fərqlənir: "Meta" 2017-ci il seçkiləri zamanı Trampın fonduna sərmayə qoymayıb, həmçinin 2021-ci ildə hazırkı Amerika lideri Co Baydenin fonduna sponsorluq etməyib.

WSJ xatırladıb ki, Tramp “Amerikanı xilas etmək” kitabında iş adamını 2020-ci il seçkilərində ona qarşı sui-qəsddə günahlandırıb və 2024-cü il seçki kampaniyası zamanı seçkilərə müdaxilə edəcəyi təqdirdə amerikalı iş adamını həbslə hədələyib.

Eyni zamanda, WSJ yazır, Zukerberq Trampla bu ilin noyabrında gələcək dövlət başçısının Floridadakı iqamətgahında görüşüb. Qəzetin mənbələri sahibkarın Trampa "Meta" "Ray-Ban" smart eynək verdiyini bildirib.

Gülayə Mecid