Siyəzəndə 15 yaşlı məktəbli dəm qazından zəhərlənərək ölüb.

"Unikal"ın məlumatına görə, hadisə Siyəzən şəhərində, M.Ə.Sabir küçəsində qeydə alınıb.

Belə ki, dəm qazından zəhərlənən 2009-cu il təvəllüdlü Vəkilli Gülər Seyfulla qızı Siyəzən Müalicə Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu ailədə yaşanan ilk faciə deyil. Gülərin iki qardaşı 2014-cü ilin yayında Samur-Abşeron kanalında çimərkən boğulublar. 

Məktəblilər olan 12 yaşlı Rəvan və 13 yaşlı Elnur Zəkiyevin cəsədlərini axtarışlardan sonra tapmaq mümkün olub. 

G.Vəkillinin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca