Şəki şəhərində yaşayan Abdullayevlər ailəsinin üç üzvü dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, Şəki şəhər sakinləri 45 yaşlı Rasimə Abdullayeva, 29 yaşlı Murad Abdullayev və 2 yaşlı Fatimə Abdullayeva zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olublar. Ailə üzvlərinə bütün tibbi müdaxilələr edilib və həyatı təhlükələri aradan qaldırılıb. Səhər saatlarında Abdullayevlər ailəsi ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.