Rusiya prezidenti Vladimir Putin Ukraynanın hazırkı rəhbərliyinin qeyri-legitim olduğunu bildirib.
"Unikal" xəbər verir ki, o, bu barədə Rusiya Müdafiə Nazirliyinin Kollegiyasının iclasında deyib.
Rusiya liderinin sözlərinə görə, Ukrayna konstitusiyasında prezidentin səlahiyyətlərinin uzadılması yolu göstərilməyib və hərbi vəziyyətə istinadın əhəmiyyəti yoxdur. Putin hesab edir ki, Ukraynada dövlətçiliyin itirilməsi əlamətləri özünü göstərir.