Münhenin ən yüksək dairə məhkəməsi Bundestaqın keçmiş Xristian Sosial Birliyinin üzvü Eduard Lintner və onun Xristian Demokrat İttifaqındakı həmkarı Aksel Fişere qarşı ittihamları təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onlar rüşvət və korrupsiyada, həmçinin Azərbaycandan da pul almaqda şübhəli bilinirlər.
Lintner 2010-cu ilə qədər AŞPA-da işləyib və müstəntiqlərin fikrincə, 2016-cı ilə qədər xarici şirkətlərdən milyonlarla pul alıb. O, pulun bir hissəsini Azərbaycanın maraqlarına uyğun qərarlara təsir etmək üçün digər deputatlara göndərib.
Bunun üçün onun 21 min 800 avro rüşvət aldığı bildirilir.
Qeyd edək ki, Bundestaq üzvlərinin məhkəməsi yanvarın 16-da başlayacaq.
Ağarza Elçinoğlu