Rusiya Dövlət Dumasının deputatı Andrey Kartapolovun avtomobilində anonim şəkildə bildirilən partlayıcı qurğu tapılmayıb.

"Unikal" xəbər verir ki, bu barədə siyasətçi özü məlumat yayıb. 

"Mütəxəssislər  yoxlayıblar. Heç nə yoxdur. Bu başa düşüləndir. İndi bizim opponentlərimiz vaxtaşırı bu cür informasiyalar atacaqlar ki, biz narahat olaq", – Kartapolov bildirib.

***14:52

Naməlum şəxs Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolovun avtomobilində bomba qoyduğunu açıqlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

"Mənbələrin bildirdiyinə görə, naməlum şəxs təcili xidmətə zəng edərək Kartapolovun avtomobilini partlatmaq üçün işə götürüldüyünü bildirib. Zəng edən şəxs maşının altına bomba taxdığını bildirib, lakin sonra zəng edərək partlayışla bağlı xəbərdarlıq edib”, - deyə telekanal bildirib.

Qeyd olunur ki, hazırda deputatın Rujeyni zolağında dayanmış avtomobili partlayıcı maddələr üzrə ekspertlər tərəfindən yoxlanılır, Rusiya Qvardiyası və polis əməkdaşları hadisə yerindədir.

Gülayə Mecid