Goranboyda dəm qazından zəhərlənərək ölənlərin kimliyi açıqlanıb.
"Unikal"ın məlumatına görə, ölən şəxslər 1972-ci il təvəllüdlü Səlimova Xumar Bahadur qızı və 1979-cu il təvəllüdlü Səlimova Sevil Seydi qızıdır.
***12:33
Goranboyda iki qadın dəm qazından zəhərlənərək ölüb.
"Unikal"ın mılumatına görə, hadisə Ağcakənd qəsəbəsində baş verib. Belə ki, Xocalı sakini olan iki qadın yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov