Ağdam Rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxsin və “Ağdam Mərkəzi Rayon xəstəxanası” publik hüquqi şəxsin təşkilatçılığı ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, aksiyada Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon sakinləri iştirak ediblər. Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.