Qazaxda 43 yaşlı kişi dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Nəriman Nərimanov qəsəbəsində qeydə alınıb. Belə ki,  Ağdam rayon sakini 1981-ci il təvəllüdlü V. Yaqubov yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov