Təyyarə qəzasında həlak olan Balakən sakini dəfn olunub.

"Unikal" xəbər verir ki, dekabr ayının 25-i Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə qəzası zamanı həyatını itirən Tutunçiyev Mahmud torpağa tapşırılıb. 

Xatırladaq ki, evin tək uşağı olan Mahmud Bakı Avrasiya Universitetində təhsil alırmış. 

Mərasimdə onun yaxınları və rayon ictimaiyyəti iştirak edib.

Seymur Əli