Xəbər verdiyimiz kimi,  bir neçə gün öncə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda 3 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, qəzada dünyasını dəyişənlər “VAZ 21 ş07” markalı avtomobildə olub. Onlar Beyləqanın Yuxarı Aran qəsəbəsinin sakinləridir.

Hazırda iki nəfər - bacı-qardaş, Türkanə Kərimli və Eşqin Kərimli Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reaniminasiya şöbəsində müalicə olunur. Bu gün Türkanə Kərimli müayinə və müalicə üçün Bakı şəhərinə ixtisaslaşmış xəstəxanalardan birinə yola salınıb.

Xəlil Əliyev