Mingəçevir şəhərində ümumi sahəsi 40 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
"Unikal" xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Həmçinin, Hacıqabul rayonunda ümumi sahəsi 60 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları yanıb. Bitişik tikili yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.