Yerli vaxtla saat 6:46-da Xəzər dənizində 3 maqnitudalı ikinci zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, bu, dekabr ayında dənizdə qeydə alınan 7-ci təbiət hadisəsidir. Belə ki, dekabrın 18-də, 25-də, 26-da (iki dəfə) və 29-da da Xəzərdə zəlzələlər qeydə alınıb.

****08:52

Xəzər dənizində 3.5 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, zəlzələ 31.12.2024-cü il tarixində, yerli vaxtla 06:40-da, 17 km dərinlikdə baş verib.