Milli Şura ümidləri doğruldacaqmı?
20:05 19-07-2013
CƏMİYYƏT
Milli Şura ümidləri doğruldacaqmı?
Tahir Abbaslı: "Azərbaycanda demokratik dəyişiklik istəyən qüvvələrə inamsızlıq yarandığından
irəli sürülən hər hansı ideya şübhə ilə qarşılanır"
İstənilən cəmiyyət həmişə sosial-iqtisadi dəyişimlər axtarışında olub və bu dəyişimləri reallaşdırmaq iddiasında olan siyasi güclərə güvənməklə bərabər onlara həmişə bir qədər ürkək şəkildə yanaşıb.
Bu baxımdan yanaşanda müxalifətin yeni birliyi - Milli Şura ictimai rəydə lazımi şəkildə rezonans doğura bilmədi və gözlənilən nikbinliklə qarşılanmayıb.
Azərbaycan İslam Demokrat partiyasının sədri Tahir Abbaslı Azərbaycan Ziyalılar Formunun liderlərindən biri olan Rüstəm İbrahimbəyov tərəfindən gündəmə gətirilən və hazırda konkret siyasi iddialarla çıxış edən bu qurm barədə "Unikal"a danışarkən deyib: "Hər bir ideyanın əsasında səmimiyyət durmalıdır. Belə olmasa, onun indiki və gələcək biçimlənmələrində də qeyri-səmimilik qeydə alınacaq. Bu halda isə məğlubiyyət qaçılmazdır. Üstəlik, Azərbaycanda demokratik dəyişiklik istəyən qüvvələrə inamsızlıq yarandığından irəli sürülən hər hansı ideya şübhə ilə qarşılanır".
AİDP sədrinin fikrincə, "Milli Şura" ideyası lazımlı ideyadır və Azərbaycanın bu günkü durumu ilə səsləşir. Amma bunu təklif edən şəxs və onun təmsil olunduğu düşərgə ilk addımlarda ortalığa səmimiyyət, dürüstlük qoymadığından xalq tərəfindən dəstəklənməsi istənilən və gözlənilən şəkildə olmayacaq. Rüstəm müəllimin hakimiyyətdən incik düşəndən sonra fəallaşması isə ideyanın formalaşmasına mane olan amillərdəndir".
T.Abbaslı bildirib ki, özünü ana müxalifət adlandıran qüvvənin də bu ideyaya qoşulması, əslind heç nəyi dəyişmir. "Bunu yaxın tarixin təcrübəsi göstərir. İllər boyu öz arasında birləşə bilməyənlərin Milli Şura ideyası ətrafında birləşəcəyi real görünmür". T.Abbaslı deyir ki, bu ideyanın reallaşması üçün milli ideologiyamızı təmsil edə bilən, məhəllə təfəkküründən uzaq, səmimi, siyasi oyunlarda orta və yumşaq mövqeyi olan, xalqın gələcəyinə istər daxili, istərsə də xarici siyasətdə istiqamət verə biləcək şəxslər bir araya gəlməlidir".
Ekspertlər də hesab edirlər ki, müxalifətin istənilən dəbdəbəli ad altında, formatda birləşməsi onsuz da onlara heç bir uğur, şans gətirməyəcək. Çünki 1993-cü, xüsusilə, 2003-cü ildən bu yana müxalifətin, əsasən də onun radikal, barışmaz cinahının Azərbaycan cəmiyyəti içərisində ciddi dayağı, sosial bazası, nüfuzu yoxdur. Əgər "El" hərəkatı nüfuzlu, çəkili və perspektivli bir siyasi qurum olsaydı, o zaman ən azı E.Namazovun özünün təmsil olunduğu Ziyalılar Forumunun digər simaları - bir-iki nəfəri çıxmaq şərtilə - adı çəkilən təşkilata üzv olardılar. Deməli, Ziyalılar Forumu adlanan qurumun üzvləri də fərqindədirlər ki, bu qurumun hansısa bir perspektivi, uğura hesablanmış gələcəyi yoxdur. Onlar bunu birbaşa dilə gətirməsələr də, dolayısı ilə öz mətbu açıqlamalarında büruzə verirlər. Bundan sonra "El"-in təşkilatçılarının iddialarına rəğmən, həmin qurumun hansı uğurundan söhbət gedə bilər?!
Həm də hərəkat ona deyilir ki, orada ən azı bir neçə partiya, qeyri-hökumət təşkilatı və sair təmsil olunsun. Ancaq "El" və ondan törəm olan Milli Şura bu sarıdan da çox şanssızdır. İndiyə qədər orada hansısa siyasi partiya və qeyri-hökumət təşkilatının iştirakına, təmsilçiliyinə, ən azı kimlərinsə buna işarə vurmasına rast gəlinməyib.
Ziyalılar Forumu və "El" hərəkatı yaratmaqla heç bir uğura nail ola bilməyən E.Namazovla R.İbrahimbəyovun indi də Milli Şura adlı amorf qurum yaratmaqla cəhdlərinin səmərəsiz və effektivsiz olacağını sanki etiraf etmiş olublar. Rüstəm İbrahimbəyov tanınmış yazıçıdır, kinossenaristdir, bir sıra ünlü əsərlərə imza atıb. Amma o, siyasətçi, siyasət adamı deyil. Yaxşı olardı ki, o özü də nəhayət, bunun fərqinə varaydı.
Adil Hüseynli
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00