ABŞ səfirliyi 160 kilometr radiusda hamını dinləyir
21:39 20-07-2013
CƏMİYYƏT
ABŞ səfirliyi 160 kilometr radiusda hamını dinləyir
Birləşmiş Ştatların daha bir şok dinləmə əməliyyatı üzə çıxdı; Mərkəzi Kəşfiyyat İdarəsinin Amerika səfirlik və konsulluqlarında yerləşən “qara çantalılar komandası” necə işləyir...
ABŞ xüsusi xidmət orqanlarının dünyanı silkələyəcək daha bir şok dinləmə əməliyyatı üzə çıxıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) hazırda Moskva aeroportunun tranzit zonasına sığınan keçmiş əməkdaşı Edvard Snoudenlə bağlı qalmaqalın qızışmaqda olduğu bir vaxtda məlum olub ki, Amerikanın bütün səfirlik və konsulluqlarında yerləşdirilmiş “dinləmə postları” 160 kilometr radiusda hər kəsi dinləyir.Virtualaz.org “Foreign Policy” jurnalına istinadən xəbər verir ki, bu yaxınlaradək bir birlərindən zəhləsi gedən iki Amerika kəşfiyyat qurumu - Milli Təhlükəsizlik Agentliyi və MKİ hazırda olduqca məxfi birgə kəşfiyyat bölməsinə malikdir.
Special Collection Service (SCS) adlı bu bölməyə ABŞ-ın Yaxın Şərq, Cənub və Şərqi Asiyadakı səfirlik və konsulluqlarında yerləşdirilmiş 65 “dinləmə postu” daxildir.
“Bu “dinləmə postları” səfirliklərdən 160 kilometr məsafədə elektron rabitə trafikini bütünlüklə izləmək imkanındadır” - deyə məqalənin müəllifi, xüsusi xidmət orqanlarının tarixi üzrə kitabların müəllidi Metyu Eyd yazır.
M.Eyd bildirir ki, hazırda Milli Kəşfiyyat Agentliyi ilə MKİ arasında əməkdaşlıq kifayət qədər sıxdır. Belə ki, əgər Milli Kəşfiyyat Agentliyi kompüterlərə və digər qurğulara öz metodları ilə girə bilmirsə, o zaman köməyə MKİ-nin “qara çantalıları” gəlir. “Qara çantalılar” komandasına daxil olan məxfi agentlər istənilən lazımi mənzillərə və ofislərə daxil olur, nəzərə çarpdırmadan casus proqramlarını və “böcəkləri” yerləşdirir. “Qara çanta ila iş” MKİ-də məxfi axtarışlara dair işlədilən jarqondur.
Məqalədə deyilir ki, son 10 ildə “qara çantalılar” 100-dən çox həssas əməliyyat keçiriblər. Bu əməliyyatlar zamanı xarici ölkə hökumətlərinin və silahlı qüvvələrinin, habelə transmilli korporasiyaların kompüterlərinə giriş təmin edilib və istənilən məlumatlar əldə olunub. Amerika kəşfiyyatındakı qaynaq bildirib ki, bu əməliyyatlar sayəsində 11 sentyabr hücumlarından sonra Yaxın Şərq, Şərqi Asiya və Cənubi Asiyada çox mühüm obyektləri dinləmək mümkün olub. Məsələn, Cənubi Asiya ölkəsində “qara çantalıların” qoyduğu “böcək” sayəsində bir neçə il ərzində ölkənin silahlı qüvvələrinin baş qərargahı ilə yüksək ordu komandanlığı arasında bütün xidməti danışıqlar dinlənilib.
Yaxud Qərbi Avropa ölkələrinin birində Suriyadakı islamçı yaraqlıların “verbovşiklərindən” birinin kompüterindən göndərilən bütün məktublara və skayp danışıqlarına çıxış əldə olunub.
ABŞ kəşfiyyatındakı mənbə narahatdır ki, bu cür əməliyyatların detalları hazırda Rusiyada sığınacaq axtaran E.Snoudenin əlində ola bilər.
“Ona görə də ABŞ hakimiyyəti Snoudeni və onun kompüterlərini əldə etməyə bu cür can atır” - deyə mənbə bildirib.
Bəs ABŞ kəşfiyyatının “qara çantalıları” Azərbaycanda da oxşar əməliyyatlar keçirə bilərmi? Axı söhbət Azərbaycanı da əhatə edən geniş regiondan - Yaxın Şərqdən gedir. Bu mövzuda söhbətləşdiyimiz xüsusi xidmət eksperti deyir ki, “qara çantalılar”ın ABŞ-ın Bakıdakı səfirliyində də yerləşməsi tamamilə mümkündür.
“Azərbaycan kifayət qədər mürəkkəb bölgədə, İran və Rusiya ilə qonşuluqda yerləşir. ABŞ-ın bu bölgədə güclü təhlükəsizlik və enerji maraqları var. Digər tərəfdən, Birləşmiş Ştatların Azərbaycan üzərindən İrana qarşı kəşfiyyat fəaliyyətləri ilə məşğul olması artıq bəllidir. Vaxtilə “əl-Qaidə”nin bir neçə yüksək rütbəli mənsubunu Azərbaycanda yaxalayıblar. Amerika xüsusi xidmət orqanlarının dəstəyi ilə dəfələrlə ölkədə İran və ya “əl-Qaidə”nin terror planlarının üstü açılıb” – deyə ekspert fikrini tamamlayıb.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49