Avropadan əsən qorxulu külək
21:40 20-07-2013
CƏMİYYƏT
Avropadan əsən qorxulu külək
Erməni lobbisi hazırlıq vəziyyətindədir
Qarşıdan gələn prezident seçkiləri ölkə kənarındakı böyük gücləridə hərələtə gətirib. Bu məsələdə daha çox Rusiya aktivlik göstərdi. Öncəliklə “Milyarderlər İttifaqı” yaradıldı, daha sonra Rusiyada yaşayan azərbaycanlılar aktivləşdirildi və sonunda Rüstəm İbrahimbəyov faktoru ortaya atıldı. Bu günün özündə də Rusiya proyekti davam etdirilməkdədir.
Çox maraqlıdır ki, Rusiyanın bu projesinə İrandakı bəzi qüvvələrdə dəstək verdi. Nəticədə hər zaman ənənəvi müxalifətdən uzaqda durmağa çalışan, İrana bağlı dindarlarda Milli Şuraya daxil olaraq Rüstəm İbrahimbəyova dəstək verdilər. Bu proseslərdə diqqəti cəlb edən mövqe həm də Avroipanın mövqeyidir.Avropadan gah tənqidi fikirlər, gahda dostluq çağırışlarının gəlməsi sözsüz ki, birmənalı qarşılanmırdı. Amma prezident İlham Əliyevin son açıqlamaları bir sıra məqamlara aydınlıq gətirdi. O, öncəliklə Avropa İttifaqına etdiyi son səfərə toxunaraq bildirdi ki, Avropa Komissiyasına artıq beşinci dəfə səfər edib:-: “Bu səfərlər münasibətlərin yüksək səviyyədə olmasının təzahürüdür. Ancaq son bir il ərzində bəzi Avropa qurumları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır. Bu kampaniya son on il ərzində vaxtaşırı gah canlanır, gah da səngiyir. Son bir ildə isə bu kampaniya çox eybəcər forma alıb. Təkcə onu demək kifayətdir ki, son bir ildə Avropa Parlamentində üç anti-Azərbaycan qətnamə qəbul edilib”.Prezident deyib ki, Avropa Parlamenti 750 deputatdan ibarət olsa da, bu qətnamələrin qəbulunda təqribən 20, 30, 40 nəfər və həmişə də eyni şəxslər iştirak edir: “Əlbəttə ki, onların rəyi Avropa Parlamentinin rəyini əks etdirmir. Ancaq onlar müəyyən prosedur boşluqlardan istifadə edərək, bu qətnamələrin qəbul edilməsinə nail olurlar”.Prezident qeyd edib ki, Azərbaycanda bu cür qətnamələrə heç kim fikir vermir: “Onlar bizim işimizə təsir edə bilməz. Ancaq bir tendensiya kimi biz bunu qeyd etməliyik. Prezident Administrasiyası, Milli Məclis onlara tutarlı cavab verib. Sadəcə, onu demək istəyirəm ki, son bir ildə anti-Azərbaycan qüvvələri, Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən və ermənipərəst qüvvələr ölkəmizə qarşı fəaliyyətini gücləndiriblər. Bu da yəqin ki, təbiidir. Çünki ölkəmizin uğurlu inkişafı, xüsusilə böhranlı illərdə inkişafı, müstəqil siyasət yürütçəsi və hər bir beynəlxalq məsələ ilə bağlı konkret mövqeyi heç də hamını qane edə bilməz. Eyni zamanda, Azərbaycanın daxilində hökm sürən sabitlik, xoş əhval-ruhiyyə, ovqat bu gün böhran içində yaşayanları yəqin ki sevindirmir”.Prezident bildirib ki, Avropa Şurasında sonuncu belə cəhd bu ilin yanvarında olub: “Qondarma siyasi məhbuslar üzrə məruzənin müzakirəsində Avropa Şurası Parlament Assambleyasının üzvlərinin mütləq əksəriyyəti bu çirkin təşəbbüsə yox deyərək, bu çirkin məruzəni rədd ediblər. Avropa Şurası Parlament Assambleyasının deputatları həqiqəti, haqq-ədaləti müdafiə etdilər, ikili standartlara qarşı öz səslərini ucaltdılar. Çünki bu qondarma məruzənin ortaya çıxması sırf ikili standartlar prinsipinin əlaməti idi. Biz görürük ki, bəzi ölkələrdə islamofobiya meylləri həddindən artıq güclənib. Əfsuslar olsun ki, bu meyllər yüksələn xətlə gedir, mənfi istiqamətdə cərəyan edir. Mən müxtəlif görüşlərdə bu məsələləri daim qaldırıram. Çünki bu, bizi narahat edir”.Ekspertlərdə hesab edir ki, həqiqətən də bu gün Avropada müəyyən qüvvələr çox mütəşəkkil şəkildə təşkilatlanıblar və əsas məqsəd president seçkilərindən sonra Azərbaycanın imicinə zərbə vurmaqdır. Bunu da qeyd edək ki, Ermənistanda president seçkiləri keçiriləndən sonra məhz bu qüvvələrin dəstəyi ilə Ermənistanda keçirilən qanunsuz bir seçkiyə demokratik seçki qiyməti verdirildi və az qala Avropa Şurasında Ermənistana nəzarətin götürülməsi həddinə qədər təkliflər səsləndirildi. Azərbaycana gəldikdə isə erməni lobbisinin təsirində olan bu güclər əks addımlar atacaqlar. Məqsəd isə sözsüz ki, Dağlıq Qarabağla bağlıdır. Çünki Ermənistan hazırda belə bir siyasət həyata keçirir ki, güya Dağlıq Qarabağ erməniləri Azərbaycandan ona görə imtina edirlər ki, Azərbaycanda demokratik bir mühit yoxdur, insane haqları qorunmur və nəticədə zorən belə bir addım atıblar. Məhz buna görə də keçiriləcək seçkilərlə bağlı xoş olmayan ovqat yaradılacaq və beynəlxalq təşkilatların Azərbaycana təzyiqləri artırılacaq. Elə ABŞ-da keçirilən son dinləmələrdə də bunun şahidi olduq. Aydın oldu ki, bu qüvvələr maraqlarını həyata keçirtmək üçün ölkə daxilində də dayaqları var və bunlardan istifadə olunacaq. Elə Rüstəm İbrahimbəyov məsələsinin gündəmə gətirilməsinin səbəblərindən biri də budur.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-23 09:10:30
2024-12-23 09:08:00
2024-12-23 08:58:57
2024-12-23 08:53:37
2024-12-22 21:28:52
2024-12-22 18:09:43
2024-12-22 16:21:25
2024-12-22 14:26:25
2024-12-22 13:22:10
2024-12-22 13:05:08
2024-12-22 11:01:35
2024-12-22 10:44:57
2024-12-22 00:48:58
2024-12-22 00:00:00
2024-12-21 22:40:55
2024-12-21 20:58:50
2024-12-21 19:04:07
2024-12-21 18:46:43
2024-12-21 18:15:44
2024-12-21 17:06:00