Birinci xanım Parisə getdi
21:41 20-07-2013
CƏMİYYƏT
Birinci xanım Parisə getdi
Parisdə Azərbaycanın UNESCO-ya üzv qəbul olmasının 20 illiyi münasibəti ilə mərasim keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da iştirak edib. Tədbirdən əvvəl Mehriban Əliyeva ilə UNESCO-nun baş direktoru İrina Bokovanın görüşü olub. Görüşdə Azərbaycanla UNESCO arasında əməkdaşlıqdan danışılıb və münasibətlərin bundan sonra da inkişaf edəcəyi bildirilib.
Həmçinin Heydər Əliyev Fondu ilə UNESCO arasında gələcək əməkdaşlıq, qurumun mədəni irs siyahısına Azərbaycandan daha çox mədəni abidələrin daxil edilməsi, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə hökümətlərarası komitəsinin bu ilin dekabrında Bakıda keçiriləcək iclası barədə də müzakirələr aparılıb.
Daha sonra Azərbaycan höküməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanıb. Sazişi Azərbaycan tərəfdən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, UNESCO tərəfdən isə baş direktor İrina Bokova imzalayıblar.
Daha sonra Azərbaycanın təşkilata üzv olmasının 20 illiyi münasibətilə ölkəmiz adından UNESCO-ya hədiyyə edilən daş at və qoç abidələrinin təqdimat mərasimi olub.
XII-XII əsrə aid olan bu heykəllər Tovuz rayonunun Aşağı Ayıblı kəndindən tapılıb. Abidələr UNESCO-nun baş qərargahının həyətinə qoyulub və daim o burda nümayiş olunacaq.
M. Əliyeva çıxışında deyib ki, Azərbaycan UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə sadiqdir: “Son 20 ildə biz ölkəmizdə təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə xususi diqqət yetirmişik. Biz dərindən inanırıq ki, yalnız yüksək səviyəli təhsilə malik olan ölkə uğurlar əldə edə və xalqı üçün daha yaxşı həyat keyfiyyətini təmin edə bilər. Biz, eyni zamanda, elmin və müasir texnologiyaların inkişafına çoxlu sərmayə yatırırıq. Bu ilin fevral ayında Azərbaycanın ilk telekomunikasiya peyki olan “Azərspeys-1”in kosmik fəzaya buraxılması bunun bariz nümunəsidir”.
M. Əliyeva UNESCO iə Azərbaycan arasında bağlanmış çərçivə sazişinin də mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Əminəm ki, Azərbaycan UNESCO ilə əməkdaşlığını davam etdirəcək. Mövcud olan böyük potensialı reallaşdırmaq üçün gələcəkdə əlaqələrimiz daha da güclənəcək”.
Digər Xəbərlər
2024-12-25 13:52:53
2024-12-25 13:47:48
2024-12-25 13:37:39
2024-12-25 13:18:58
2024-12-25 13:17:41
2024-12-25 13:04:06
2024-12-25 13:00:57
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00
2024-12-25 12:00:37