“Prezident İlham Əliyevin tapşırığı ilə bütün aidiyyatı dövlət qurumları Aktaudakı təyyarə qəzası ilə bağlı səfərbər olundular və öz üzərlərinə düşən vəzifələri yerinə yetirdilər.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib.
"Prokurorluq ölkə rəhbərliyinin göstərişi ilə cinayət işi başlatdı, həm Qazaxıstan, həm Rusiyanın aidiyyəti qurumları ilə bununla bağlı birgə araşdırma aparılır".
K.Əliyev qeyd edib ki, qəzaya görə Rusiya, Azərbaycan və Qazaxıstanda cinayət işi başlanıb: "Hər ölkə özünə aid sahədə sübutları toplayır, sonradan bu sübutların təhlili və təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi təmin ediləcək".
Anar Kəlbiyev