7 saylı doğum evində "bezpredellik" davam edir
17:23 25-07-2013
CƏMİYYƏT
7 saylı doğum evində "bezpredellik" davam edir
Xəstələr dad eyləyir, həkimlərsə pul yığır
Xatırladaq ki, ötən saylarımızda bu xəstəxana ilə bağlı redaksiyaya daxıl olan şikayət ərizəsin dərc etmişdik. Belə ki, göndərilən şikayət məktubunda göstərilib ki, 17.07.2013-cü il tarixdə Oruclu Xəyalə adlı vətəndaş 7 saylı doğum evində yerləşdirilir.
Amma xəstəxananın baş həkiminin müavini Gulya xanım xəstənin doğuş prosesini həyata keçirtmək üçün 400 manat pul tələb edir. Xəstənin yaxınları cəmi 350 manat verəcəklərini desələrdə həkim bununla razılaşmır. Xəstənin halının get-gedə pisləşməsini görən yaxınları tələb olunan pulu toplayıb Gulya xanıma verirlər. Bunu da qeyd edək ki, son bir ildə bir neçə xəstə məhz tələb olunan pulu verə bilmədiklərinə görə ,həkim müdaxiləsinin olmaması səbəbindən dünyalarını dəyişiblər. Çox maraqlı haldır ki, özəl klinikalardan fərqli olaraq dövlət xəstəxanalarında həm həddindən artıq çox rüşvət tələb olunur, həm də şərait bərbad vəziyyətdə olur. Dərmanların pulsuz verilməsindən isə ümumiyyətlə danışmağa dəyməz. Elə 7 saylı doğum evində olduğu kimi. Demək olar ki, burda əksər doğuş prosesləri keser əməliyyatı vasitəsi ilə həyata keçirilir. Çünki belə olanda xəstədən daha çox pul tələb edilir. Həmçinin alınan puldan başqa, xəstə sahibləri bütün dərman və digər ləvazimatlarıda özləri almalı olur. Gördüyünüz kimi şikayət məktubunda konkret olaraq vətəndaşın iddiası var və təssüflər ki, bu ittihamlara nə xəstəxana rəhbərliyi, nə də Səhiyyə nazirliyindən bir reaksiya olmadı. Şikjayətçi bildirir ki, indiyə qədər bir dəfə də olsa onun bu müraciətinə reaksiya verən olmayıb. Halbu ki, prezident İlham Əliyev sonuncu müşavirəsində də bildirdi ki, korrupsiyaya qarşı mübarizə daha da gücləndirilməlidir. Maraqlıdır, prezidentin verdiyi bu tapşırıq nədən olduğu kimi icra edilmir və 7 saylı doğum evində yenə də rüşvət tüğyan edir. Redaksiyamıza 7 saylı doğum evində ki, mənbənin deməsinə görə məhz bu şikayətdən sonra daha açıq şəkildə rüşvət almağa başlayıblar. Çünki baş həkim "Mənim üçün şikayətlərin mənası yoxdur. Mənə nə cür deyiblərsə o cürdə işləyirəm"-deyərək işçilərinə haqq qazandırıb. Mövzu diqqətimizdədir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35