Böyük Britaniya hökuməti Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) sədri İqor Karpenkoya qarşı sanksiyalar tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sanksiya siyahısına, həmçinin, ölkənin Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Andrey Ananenko və onun müavini Mixail Bedunkeviç, Qrodno və Volkovıskdakı islah müəssisələrinin rəhbərləri Pavel Kazakov və Viktor Dubrovka, Minskdəki 1 saylı İstintaq Təcridxanasının rəisi Andrey Tsedrik, Orşadakı "Leqmaş" zavodu və Pilotsuz Helikopterlər konstruktor bürosu, eləcə də radar sistemlərinin yaradıcısı olan ALEVKURP müəssisəsi salınıb.

*** 19:30

Böyük Britaniya Belarusa qarşı sanksiyalar tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Bu gün biz insan haqlarının pozulmasına görə məsuliyyət daşıyanlara və Rusiyanın Ukraynadakı müharibəsi ilə əlaqəsi olan şirkətlərə sanksiya tətbiq edirik”, - bəyanatda deyilir.