MDB Ermənistanla Belarus arasında münasibətlərin tənzimlənəcəyinə və İrəvanın struktur çərçivəsində tam əməkdaşlığa qayıdacağına ümid edir. 

"Unikal" xəbər verir ki, bu barədə birliyin baş katibi Sergey Lebedev Rusiya mətbuatına açıqlayıb. 

"Biz əminik ki, Ermənistanın Belarusla münasibətlərində hər şey həll olunacaq. Bizim belaruslu dostlarımız da, Belarus prezidenti də hesab edir ki, çətinliklər müvəqqətidir. Ermənistan MDB çərçivəsində tam əməkdaşlığa qayıdacaq. MDB İcraiyyə Komitəsi və şəxsən mən ümid edirik ki, belə olacaq", - Lebedev bildirib.

Ağarza Elçinoğlu