Xəbər verdiyimiz ki, Belarusda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenko yenidən qalib gəlib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, seçkilərdən sonra Lukaşenko özü də Mərkəzi Seçki Komissiyasına və seçki məntəqəsinin işçilərinə missiyalarını ləyaqətlə yerinə yetirdiklərinə görə təşəkkür edib.
Bunun fonunda, Qərb Belarusdakı seçkiləri qeyri-legitim hesab edib. Həmçinin, Polşa Xarici İşlər Nazirliyi Belarusda keçirilən prezident seçkilərinin nəticələrindən məyus olduğunu bildirib. Nazirlik səsvermənin “əsas demokratik prosedurların pozulması şəraitində” keçirildiyini bildirib. Polşa Xarici İşlər Nazirliyinin məlumatına görə, Belarusun hazırkı rəhbərliyi müstəqil namizədlərin seçkilərdə iştirakına imkan verməyib və “vətəndaş cəmiyyətinin nümayəndələrini qorxudub”.
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və Aİ-nin Genişlənmə Komissiyasının üzvü Marta Kos Belarusda keçirilən prezident seçkilərini “uydurma” adlandırıblar.
“Belarusda saxta seçkilər nə azad, nə də ədalətli keçdi. Belarus xalqı öz ölkəsini kimin idarə edəcəyi ilə bağlı real sözə layiqdir”, - onların birgə bəyanatında deyilir. Almaniyanın xarici işlər naziri Annalena Barbok da Belarusdakı səsvermə ilə bağlı tənqidi fikirlər səsləndirib.
Lukşenko tənqidlərə cavab olaraq Qərbin Belarusdakı seçkiləri tanıyıb-tanımayacağının onun üçün maraqlı olmadığını bildirib:
"İnanın mənə, and içirəm ki, seçkilərimizi tanısanız da, tanımasanız da, mən bundan tamamilə razıyam. Mənim üçün əsas odur ki, belaruslar bu seçkiləri tanısın".
Gülayə Mecid