Rusiya Federasiyasının Krasnodar vilayətinin keçmiş hakimi, dələduzluqda və saxtakarlıqda şübhəli bilinən Yelena Xaxaleva Bakı hava limanında həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

O, ötən il mayın 16-da beynəlxalq axtarışa verilib.

Xatırladaq ki, 2021-ci ildə Xaxalevanın qızının toyundan yayımlanan video onun ətrafında qalmaqal yaratmışdı. Bundan sonra hakimin saxta ali təhsil diplomu olduğu üzə çıxıb.

2021-ci ilin dekabrında Rusiya Hakimlərinin Ali İxtisas Kollegiyası Xaxalevaya qarşı cinayət işinin başlanmasına icazə verib. 

Elə həmin ay məlum olub ki, “qızıl hakim” təsəllüslü Xaxaleva Rusiya ərazisini tərk edərək Gürcüstana köçüb. O, qaçmazdan əvvəl Rusiyadakı evini 85 milyon rubla sata bilib. Rusiyada Xaxalevanı 15 ilə qədər həbs gözləyir.

Ağarza Elçinoğlu