Ermənistanın baş naziri Nikol Paşinyan fevralda ABŞ-yə səfər etmək planlarını təsdiqləyib, lakin prezident Donald Trampla danışıqlar onun qrafikində deyil.
"Unikal" xəbər verir ki, bu barədə hökumət başçısı brifinq zamanı bildirib.
Səfərin əsas məqsədi dini etiqad azadlığı məsələlərinə həsr olunmuş beynəlxalq sammitdə, eləcə də protokol tədbirlərində iştirak etməkdir.
"Amerika lideri ilə görüş planlaşdırılmasa da, bu, çox vacib səfərdir", - Paşinyan vurğulayıb.