Volqoqrad hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.
"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Volqoqrad hava limanının (Gümrə) fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir", - məlumatda deyilir.
Qeyd olunur ki, uçuşun təhlükəsizliyini təmin etmək üçün təyyarələrin ekipajları, dispetçerlər və hava limanının xidmətləri bütün zəruri tədbirləri həyata keçirir.