Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) yeni təyinat olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı rektor Ceyran Mahmudova əmr imzalayıb.

Əmrə əsasən, Əməkdar mədəniyyət işçisi Ellada Hüseynova ADMİU-nun Musiqi Tarixi və Nəzəriyyəsi Kafedrasının müdiri vəzifəsinə təyin edilib. O, əvvəllər ADMİU-da kafedra müdiri, dekan, elmi katib vəzifələrində çalışıb.

Xatırladaq ki, bundan əvvəl sözügedən kafedranın müdiri Kamilə Dadaşzadə olub. K.Dadaşzadə noyabr ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsinə təyinat alıb.

Murad İbrahimli