Biləsuvarda yol qəzasında xəsarət alan şəxslərin şəxsiyyəti məlum olub.

"Unikal"ın məlumatına görə, onlar 1973-cü il təvəllüdlü Sabahəddin Abbasov, 1982-ci il təvəllüdlü Təbriz Əliyev, 1984-cü il təvəllüdlü Ramil Turabov, 1968-ci il təvəllüdlü Şücaət Quliyev və 1985-ci il təvəllüdlü Fəzail Abbasovdur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***13:32

Biləsuvar rayonunda ağır yol qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə köhnə Bakı-Astara magistralının rayonun Əsgərabad kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "VAZ 2115" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. 

Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev