Cənubi Koreyanın Maliyyə Nazirliyi Çinin süni intellektlə işləyən yeni "DeepSeek" adlı chatbotuna girişi bloklayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
""DeepSeek" ilə ölkə daxilində və xaricdə yaranan çoxsaylı texniki problemlərə görə biz xarici şəbəkələrə qoşulmuş kompüterlərdə xidmətə girişi blokladıq", - agentlik nazirliyə istinadən yazıb.
Qeyd olunur ki, bir gün əvvəl Cənubi Koreyanın xarici işlər, ticarət və müdafiə nazirliklərinin kompüterlərində xidmətə giriş məhdudlaşdırılıb.