Türkiyədə AKP sədrinin müavini Həmzə Dağın Kahramanmaraşda Azərbaycan Məhəlləsində keçirilən anım mərasimində çıxışı zamanı baş verən hadisə gündəm yaradıb. 

"Unikal" xəbər verir ki, Həmzə Dağın çıxışı zamanı onu Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı və Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır müşayiət edib.

Belə ki,  AKP sədrinin müavinin çıxışı zamanı qəfil hava şəraiti dəyişib və güclü külək əsməyə başlayıb. Bu zaman nazirlərin çıxışı üçün düzəldilən tribunanın üstündəki örtüyün bir hissəsi külək nəticəsində qopub.  Bu məqamda sənaye və texnologiya naziri Mehmet Fatih Kaçırın tribunadan qaçması diqqət çəkib. Görüntülər Anadolu Agentliyinin canlı yayımında saniyə saniyə lentə alınıb.

Gülayə Mecid