Avstraliyada 47 yaşlı İlknur Çalışkan adlı qadın ərini yuxuda gəzərkən öldürüb. Buna baxmayaraq qadın həbs edilməyib.
"Unikal" xəbər verir ki, bu barədə "The Guardian" yazır.
Faciə 2023-cü ilin sentyabrında baş verib. Qadın 50 yaşlı ərinə bıçaqla hücum edib. Nəticədə kişi aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Hadisədən sonra qadın saxlanılıb. Lakin vəkilləri onun parasomniyadan əziyyət çəkdiyini və yuxu pozğunluğu onun şüursuz hərəkət etməsinə səbəb ola biləcəyini qeyd ediblər.
2024-cü ilin aprelində Çalışkan parasomniya ilə bağlı elmi araşdırmada iştirak etmək üçün zaminə buraxılıb. Payızda nəticələr prokurorluğa ötürülüb, bundan sonra 4 fevral 2025-ci ildə keçirilən məhkəmə iclasında işin bağlandığı və ittihamların götürüldüyü elan edilib.