Goranboyda yaşlı kişini vuraraq öldürən avtomobilin markası məlum olub.

"Unikal"ın məlumatına görə, Goranboy -Tərtər avtomobil yolunun Goranboy rayonunun Xan Qərvənd kəndindən keçən hissəsində, kənd  sakini, 2004-cü il təvəllüdlü Əliyev Amin Ramil oğlu idarə etdiyi "VAZ-2107"  markalı 40 BN 065 dövlət nömrə nişanlı avtomobillə, piyada, Kəlbəcər rayon sakini, 1965-ci il təvəllüdlü Bayramov Mahir Yaqub oğlunu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

*** 21:42

Goranboyda 65 yaşlı kişini avtomobil vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə hadisə Goranboy-Tərtər avtomobil yolunun rayonun  Xan Qərvənd kəndi ərazisindən keçən hissəsində baş verib. 1965-ci il təvəllüdlü M  Bayramov yolu qarşı tərəfə keçmək istəyən zaman hərəkətdə olan avtomobil onu vurub. 65 yaşlı piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov