Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlı döyüşçü Əmənov Hicran Dərya oğlunun nəşi Azərbaycana gətirilib. 1999-cu il təvəllüdlü mərhum Cəlilabad rayonunun Şatırlı kənd sakini olub.
"Unikal"ın məlumatına görə, H. Əmənov əvvəllər Rusiyanın Kazan şəhərində həbs edilib. Müharibəyə getmək şərti ilə azadlığa buraxılan həmyerlimiz Rusiya ordusunun tərkibində döyüşlərə cəlb edilib. 2023-cü ilin noyabr-dekabr aylarında yaralanaraq cəbhə xəttində qalan hərbçinin meyiti yalnız bu günlərdə tapılaraq aidiyyəti qurumlar tərəfindən ailəsinə təhvil verilib.
Əmənov Hicran Dərya oğlu doğulduğu Şatırlı kəndində torpağa tapşırılacaq. Onun ailəli olduğu və bir övladının qaldığı bildirilir.
Xəlil Əliyev