ABŞ-də 32 yaşlı Tranyelle Harshman üç qızını öldürüb, dördüncü qızını isə ağır yaralayıb.
"Unikal" xəbər verir ki, hadisədən sonra qadın polisə zəng edərək, cinayət törətdiyini etiraf edib.
Polislər hadisə yerinə gələnə qədər ana intihar edib. Həyatını itirən qızlardan ikisinin 2, birinin isə 9 yaşı var idi. 7 yaşlı Oliviya ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb və həyat üçün mübarizə aparır.
Qadın hansı səbəblərdən övladlarını ödürdüyü hələlik məlum deyil.