Bakıda məktəbli döyülüb.
"Unikal" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, yayılan görüntülərdə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli orta məktəbə yaxın ərazidə bir qrup şagirdin əlbir olaraq digər şagirdə fiziki zorakılıq etdiyi görünür.
Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, görüntülərlə bağlı araşdırma aparılır.
Bakı şəhəri üzrə Təhsil idarəsindən isə bildirilib ki, şagirdə qarşı məktəbdən kənar ərazidə fiziki təzyiqlə bağlı yayılmış görüntülər araşdırılır:
"İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır".