Ermənistanın baş naziri Nikol Paşinyan avtobus sərgüzəştlərindən danışıb.

"Unikal" xəbər verir ki, son günlər işə avtobusla gedib-gələn Paşinyan ictimai nəqliyyatdan istifadənin pulsuz olduğunu öyrənib.

"Dünən oxudum ki, dörd uşağı olanlar ictimai nəqliyyatdan pulsuz istifadə edə bilərmiş. Bələdiyyə bu barədə qərar qəbul edib. Boş yerə pul vermişəm", - deyə erməni baş nazir qeyd edib. 

Paşinyan zarafat edib ki, dörd uşaq atası kimi müraciət edib vəsiqə alacaq.