Rusiya prezidenti Vladimir Putinin dəfələrlə bəyan etdiyi kimi, Rusiya əvvəldən Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
Kreml sözçüsü qeyd edib ki, Ukraynanın özünün və bir çox başqa dövlətlərin baxışı əks mövqedədir. Peskov xatırladıb ki, Kiyev özü sülh danışıqlarını qadağan edib, Avropa ölkələri və ABŞ isə nəyin bahasına olursa-olsun münaqişənin davam etdirilməsinin vacibliyindən danışıb.
“Buna görə də bu diqqət əvvəldən orada idi. Bizim üçün əsas odur ki, məqsədlərimizə nail olaq və təbii ki, biz məqsədlərimizə çatmaq üçün dinc vasitələrə üstünlük veririk”, - Peskov bildirib.