Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsi Böyük Britaniyaya enib.
"Unikal" xəbər verir ki, o, Britaniyada Avropa liderlərinin sammitində iştirak edəcək.
***12:05
Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsi ABŞ-dən havaya qalxaraq Londona yola düşüb.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
Nəşr bildirir ki, Ukrayna liderinin təyyarəsinin günorta saatlarında İngiltərə paytaxtına enməsi gözlənilir.